• çərşənbə axşamı, 23 aprel, 22:07
  • Baku Bakı 20°C

Yerevan üçün çıxış yolu BMT qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsi olardı

09.10.20 11:19 623
Yerevan üçün çıxış yolu BMT qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsi olardı

Ermənistan baş naziri Nikol Paşinyanın son günlərdə atdığı addımlar və verdiyi bəynatlar batan adamın suyun üzərində qalmaq üçün saman çöpündən yapışmasına bənzəyir. Lakin o, anlamalıdır ki, Azərbaycan status-kvoya heç bir şəkildə qayıtmağa razı deyil.
Bunu Trend-ə ADA Universitetinin kommunikasiya üzrə müəllimi Şəfəq Mehrəliyeva deyib.
O qeyd edib ki, Paşinyan vəziyyəti "düzəltmək” üçün hakimiyyətə gəldiyi dövrdən bəri etdiyi hər cəfəng bəyanatı geri götürsə belə, kifayət deyil:
"Erməni tərəfi tarixin təkərini 27 il əvvələ -1993-cü ilə çəkməlidir. Yerevan üçün hazırki vəziyyətdən çıxış yolu məhz həmin il BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin qeyd-şərtsiz yerinə yetirilməsi olardı. Bu günlərdə erməni baş nazirinin beynəlxalq icma nümayəndələrinə etdiyi zənglərin cavabsız qalması da onu sübut edir ki, dünya dövlətləri 93-cü ildəki mövqeyindən geri çəkilməyib-beynəlxlaq hüquq tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazilərin işğalı dərhal dayandırılmalıdır. İndiyə qədər tarixi saxtalaşdırmaqla münaqişədə vaxt qazanmağa çalışan Ermənistanın manipulyasiya imkanları bitdi".
Ş.Mehrəliyeva bildirib ki, Paşinyanın qarşısında artıq həm daha güclü, qətiyyətli və hazırlıqlı Azərbaycan, həm də daha məlumatlı beynəlxalq ictmaiyyət var:
"Ermənistan xalqı isə öz gələcəyini düşünüb, səriştəsiz bir siyasətçinin onları qurbanlıq quzuya döndərməsinə icazə verməməlidir. Azərbaycan etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına sahib çıxan və qonşuları ilə sülh şəraitində yaşayan bir dövlətdir”.
banner

Oxşar Xəbərlər