• çərşənbə, 24 Aprel, 00:38
  • Baku Bakı 14°C

Yerdən 256 sm yüksəklikdə özünü Cordana bənzətdi

19.12.19 12:22 575
Yerdən 256 sm yüksəklikdə özünü Cordana bənzətdi
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo yenə də hər kəsi təəccübləndirib.
Kaspi.az xəbər verir ki, Ronaldo "Sampdoriya” ilə qarşılaşmada (2:1) fiziki durumu ilə hamını heyrətləndirib. Portuqal futbolçu komandasının qələbə qolunu vurub.
O, başla fərqlənib. 34 yaşlı futbolçu 71 sm hündürlüyə tullanıb. O, başla topa zərbə endirərək yerdən 256 sm hündürlükdə olub.
Kriştiano özünü əfsanəvi basketbolçu Maykl Cordanla müqayisə edib. O, "instaqram”da belə yazıb: "CR7 AIR JORDAN!”
Ronaldo A seriyasında 4 oyunda meydana çıxıb və 10 qol vurub.
banner

Oxşar Xəbərlər