• şənbə, 20 Aprel, 02:04
  • Baku Bakı 15°C

Yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır

16.11.17 15:10 873
Yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır
Ötən axşam ölkə ərazisində baş verən yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır.
Ağdamrayon İcra Hakimiyyəti başçısının müavini Allahverən ƏliyevAPA-nın Qarabağ bürosunabildirib ki, rayon İH-nə daxil olan müraciətlər əsasında araşdırmalara başlanıb.
Zəlzələnəticəsində divarları çatlayan, dam örtüyü qismən uçan 120 evə baxış keçirilib. Bir məktəb binası və 3 yaşayış evinin tam qəzalı vəziyyətə düşdüyü məlum olub.
Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvü İlqar MusayevAPA-ya deyib ki, komissiya üzvləri rayonda araşdırmalara başlayıb. İndiyədək 40-dan çox yaşayış evinə baxış keçirilib. Qazyan və Evoğlu kəndlərində 3 ev tamamilə qəzalı vəziyyətə düşdüyündən ev sakinləri mənzillərindən çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.
Bərdə rayon İH-dən isə bildirilib ki, yeraltı təkan nəticəsində rayon ərazisində heç bir fəsad qeydə alınmayıb.
banner

Oxşar Xəbərlər