Yəqin ki, pivəni çox içibmişlər
"Mançester
Siti”nin baş məşqçisi Xosep Qvardiola "Liverpul”la oyundan sonra fikirlərini
bildirib.
Kaspi.az xəbər
verir ki, Pep komandasının böyük hesablı qələbəsinə zarafatyana münasibət
bildirib: "Düşünürəm ki, onlar ötən həftə xeyli pivə içiblər. Ancaq bura gələndə
qan təmiz idi, alkoqolun izi yox idi.
Ona görə də
komandamın haqqını vermək lazımdır. Biz çempiona, qeyri-adi komandaya qalib gəldik”.
"Mançester Siti”
– "Liverpul” qarşılaşması meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə
yekunlaşıb.