• cümə, 19 Aprel, 22:13
  • Baku Bakı 24°C

Yens Stoltenberq: “NATO Türkiyəsiz zəifləyəcək”

30.04.17 09:20 872
Yens Stoltenberq: “NATO Türkiyəsiz zəifləyəcək”
TürkiyəNATO-nun mühüm iştirakçısıdır.APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədəNATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın «Welt am Sonntag» nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, AnkaraNATO-nun Əfqanıstan, Kosovo və digər ölkələrdəki missiyalarına mühüm töhfə verir.
"Şübhəsiz ki,NATOTürkiyəsiz zəif olacaq. Türkiyə bir çox səbəblərə görəNATO-nun mühüm müttəfiqidir”, - deyə NATO-nun baş katibi qeyd edib.
O qeyd edib ki bu, əsasən Türkiyənin coğrafi yerləşməsi və hərbi potensialı ilə əlaqədardır. Bu, İŞİD-lə mübarizədə böyük əhəmiyyət kəsb edir.
"Türkiyə toqquşmaların və qarşıdurmanın davam etdiyiİraqvəSuriyailə həmsərhəddir. Bundan başqa, onunNATOüçün strateji olan Qara Dəniz regionu ilə sərhədi var. Bu, Rusiya ilə münasibətlər üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Yens Stoltenberq qeyd edib.
Stoltenberq qeyd edib ki, Türkiyə Avropa vəNATO-nun təhlükəsizliyi üçün əsas ölkələrdən biridir.
NATO-nun baş katibi Türkiyənin siyasətini tənqid edən qərb ölkələrini qarşılıqlı hörmət nümayiş etdirməyə, sakitliyi qorumağa və müttəfiqə düşünülmüş münasibət göstərməyə çağırıb.
banner

Oxşar Xəbərlər