• çərşənbə axşamı, 16 aprel, 19:37
  • Baku Bakı 18°C

Yeniyetmə güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar

11.09.17 09:05 919
Yeniyetmə güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb.
AZƏRTACxəbər verir ki, yarışın son günündə - sentyabrın 10-da 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
Komandamız günü 1 bürünc medalla başa vurub.
Dünya çempionatında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Kanada və Almaniyadan olan rəqiblərini vaxtından əvvəl, daha sonra isə Hindistan təmsilçisini texniki üstünlüklə məğlub edib. Yarımfinalda Rusiya idmançısına uduzan təmsilçimiz bürünc medal uğrunda görüşdə Monqolustan idmançısına da vaxtından əvvəl tam üstünlüklə qalib gəlib və çempionatın bürünc medalını qazanıb.
Beləliklə, sərbəst güləşçilərimiz çempionatı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar. Bu nəticə ilə sərbəst güləş yığmamız komanda hesabında 61 xalla 3-cü nəticə göstərib. Rusiya 73 xalla birinci, ABŞ komandası isə 66 xalla ikinci yeri tutub.
Qeyd edək ki, yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc medala sahib olub.
banner

Oxşar Xəbərlər