AZE | RUS | ENG |

Yeni və yorucu olmayan istirahət məkanı - Fotolar

Yeni və yorucu olmayan istirahət məkanı - Fotolar
Qalina Qorolyeva: “Tələbat və maraq olduğu üçün Azərbaycanla ikitərəfli əməkdaşlığı da həyata keçirəcəyik”

"Kompas Tour”, "Millenium Tourism Azerbaijan” və "Nefer Tours” turizm şirkətlərinin Şarm əl-Şeyxə təşkil etdikləri səfər zamanı "Nefer Tur” şirkətinin marketinq və satış üzrə direktoru Qalina Qorelova ilə söhbət etmək fürsəti tapdıq. Qalina xanım azərbaycanlı turistlərin Misirə daha çox cəlb edilməsi istiqamətində görülən işlər, ümumiyyətlə, Misir turizminin özəllikləri barədə məlumat verdi. 
 
- Sizin şirkət indiyə qədər Azərbaycandan olan turistlərlə işləyib, ya bu, sizin praktikanızda ilk haldır?
- Biz əvvəllər Azərbaycandan bir neçə reysləri qarşılamışıq. Adətən həmin uçuşlar Novruz bayramı və Yeni ildə həyata keçirilirdi. Lakin mütəmadi, böyük reyslər hələ ki, olmayıb. Bu, ilk belə reysdir və artıq gündəlik uçuş əsasında baş verir.
 

 
- Siz necə düşünürsünüz, bu reys özünü  doğruldacaq, tələbatın olacağını gözləyirsiniz?
- Satış həcmi yaxşıdır. Reyslər demək olar ki, tam şəkildə dolur və biz tələbin daha da artacağını gözləyirik. Biz bilirik ki, ənənəvi olaraq Azərbaycan turistləri daha çox Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinə uçurlar. Misir isə yeni və kifayət qədər yorucu olmayan bir istiqamətdir. Burada zəngin mədəniyyət, gözəl dəniz, əlavə olaraq, ilboyu davam edən çimərlik dövrü var. Ümid edirik ki, bu proqram uzanacaq, yəni qışda da Azərbaycandan turist qəbul edə bilərik. Həmin dövrdə Şarm əl-Şeyxdə havanın temperaturu 25-30 dərəcə olur, suyun temperaturu 23 dərəcəyə qalxır. Komfortlu şəkildə istirahət etmək olar. Ən əsası, bu, elə də bahalı istirahət deyil, hər bir kəs bunu reallaşdıra bilər.

- Yəni azərbaycanlı turistlər bura əvvəllər yalnız bayramlarda uçurdular?
- Bəli, əsasən bayramlarda olurdu.
 

 
- Türkiyə kurortlarının servislərinin komfortunu görən azərbaycanlı turisti Şarm əl-Şeyx nə ilə təəccübləndirə bilər?
- Əlbəttə, Misir tamam başqa ölkədir. Bu, tamamilə ayrı təbiətdir, insanların tamam başqa mentaliteti var. Burada başqa dini abidələr, öz əyləncələri və görməli füsunkar yerlər var. Məsələn, götürək Dubayda və Misirdə safarini - bunlar tamam başqa şeylərdir. Maldiv adalarında dayvinqlə, Şarm-əl-Şeyxdəki dayvinq tamamilə ayrı-ayrı əyləncə növüdür. Ehramlara getmək bir nüansdır, Türkiyə və yaxud Dubaya getmək, Xəlifə bürcünə qalxmaq isə tamam başqa nüansdır. Yəni demək istəyirəm ki, bu, həm yeni, həm də cansıxıcı, yorucu olmayan bir istirahətdir. Əlbəttə ki, biz servisin yeni səviyyəsini və ən əsası, türk büdcəsindən kifayət qədər azını təklif edə bilərik. Əgər qış barədə danışsaq, onda sual çıxır - belə bir büdcə ilə hara getmək olar? Mən sizə bizim Qazaxıstanla olan təcrübəmizdən danışmaq istəyirəm. Biz burada işə hər on gündən bir Almatıdan bir reyslə başlamışıq. Və 3 il ərzində həftədə 5-7 min turist sayına yüksəlmişik. Yəni təsəvvür edin ki, aya 900 qonaqdan 20 minə çatmışıq. Onlar üçün bu, yeni istiqamət idi. Hansısa bir müddətdə onlar yalnız qış dövründə uçurdular. Çünki adətən yayda daha çox Türkiyəyə gedirdilər. İndi onlarda yayda da istirahətin aktiv dövrüdür. Tək Almatıdan deyil, Nursultandan, doqquz əlavə şəhərdən də uçuşlar mövcuddur. Yəni demək olar k, bütün Qazaxıstan bizim reyslərlə dolub. Bu il biz Özbəkistandan da birbaşa reys təşkil etmişik. Onların da həftəlik proqramı qazaxlardakı kimidir. Artıq iki aydır ki, uçurlar, maraq böyükdür. Özbək turistlər daha çox ehramları, Misirdəki ilk məscidi görməyə can atırlar. Qışda isə Qırğızıstandan gəlirlər. Tacikistandan da reyslər var. 
 
- Misiri turistlərin daha çox hansı kateqoriyası seçir? 
- Mən əvvəldən də dedim ki, Misir çox maraqlı ölkədir. Burada az büdcə ilə çox şey etmək olar. Burada hər yaş kateqoriyasından olanlar, ailə, uşaqlar, gənclər, yaşlı nəsil - necə deyərlər "sinyor travel” üçün hər cür istirahət var. Onlar üçün burada maraqsız olmur, komfortludur. Şarm əl-Şeyx qapalı şəhərdir. Burada hərəkət etmək çox asandır. Faktiki olaraq, hamı rusca və ingiliscə danışır. Yəni 90 faiz hallarda sizi anlayacaqlar. Bu səbəbdən də, burada istirahət çox maraqlı və komfortludur.
 

 
- Belə demək olarsa, bura Azərbaycan turisti üçün də kifayət qədər maraqlı istiqamətdir. Azərbaycan şirkətləri ilə münasibətlər qurmaq, birbaşa reyslər təşkil etmək planlarınız mövcuddurmu? 
- Bu reys çərçivəsində biz artıq bir neçə Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirik. Bundan əlavə reys mütəmadi olduğundan, artıq Azərbaycana "outqouinq” variantını nəzərdən keçiririk. Misir turistlərinin bu istiqamətə marağı var. Viza almaq elə də sadə olmasa da, biz ümid edirik ki, bu məsələ bir qədər yüngülləşəcək. Ən əsası, tələbat və maraq olduğu üçün Azərbaycanla ikitərəfli əməkdaşlığı da həyata keçirəcəyik.

- Qış dövrü üçün hansı proqnozlar var?
- Biz çox ümid edirik ki, bu, bütün ili əhatə edəcək. Hələ ki, hər şey yaxşıdır. Lakin yay dövründən sonra dəqiq nəsə söyləmək olacaq. Yuxarıda qeyd etdiyim kimi, satış həcmi yüksəkdir və biz işlərin yaxşı gedəcəyini gözləyirik. Sizin yadınızdadır, şirkətləriniz əvvəllər də ox atıblar, lakin elə də uzağa gedə bilməyiblər. Azərbaycanın turist bazarının bir sıra ehtiyatlılığı var. Lakin biz infoturlar təşkil edirik və ümid edirik k, bu şübhələr əriyib gedəcək. İndiki tələb bizlərə oktyabra kimi nəzərdə tutulan proqramı başa çatdırmağa imkan verəcək. Əgər hər şey yaxşı olsa, əlbəttə, bu istiqamətdə işləməkdə davam edəcəyik.
 
 

- Oktyabra kimi bu proqram çərçivəsində nə qədər azərbaycanlı turistin gəlməsini gözləyirsiniz?
- Hər həftəyə 235 kreslo sayının olmasını gözləyirik. Bu, bizim plandır və "torbada pişik axtarmaq” fikrində deyilik. Sizin turist şirkətləri hər şeyi öz gözləri ilə gördükdən sonra biz agentlər üçün seminarlar təşkil etdik. Bazarınızda informasiyalar daha çox oldu və bu səbəbdən də tələbin artacağını gözləyirik. Əlbəttə, əhalinin alıcılıq qabiliyyətini nəzərdən keçirməmək olmaz. Sizin ölkə iqtisadiyyatı inkişaf edən dövlətdir. Mən Azərbaycanda 2016-cı ildə və bir də bir ay bundan əvvəl oldum. İlahi, nə qədər dəyişikliklər baş verir? Bu, çox pozitiv dəyişikliklərdir və onlar göz önündədir. Sizin insanlar yüksək təhsillidirlər, yaxşı qazanırlar və komfortlu istirahət etmək istəyirlər. Necə deyirlər, işləyən dişləyər. Hər şey də qaydalara uyğundur.
 
Kaspi.az


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8752
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1433
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1733
CHF 1 1 İsveçrə frankı 1.7072
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2883