• cümə axşamı, 25 aprel, 16:19
  • Baku Bakı 23°C

Yeni rektor kadr islahatlarına başlayıb

26.05.14 12:26 1131
Yeni rektor kadr islahatlarına başlayıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) kadr islahatları aparılıb.
ADMİU sabiq dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Elmira Alxasova APA-ya açıqlamasında deyib ki, Fərəh Əliyeva yeni rektor təyin olunandan sonra ali məktəbdə islahatlara başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsini dekanı Abdin Əlizadə və “Sənətşünaslıq” fakültəsinin dekanı Vəfa Əliyev işdən çıxarılıb. Onlar vəzifədən çıxarılsalar da, ali məktəbdə müəllim olaraq fəaliyyətlərini davam etdirəcəklər.
Xəbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də təsdiqləyiblər.
Bildirilib ki, dekanlar öz ərizələri ilə vəzifədən çıxarılıblar. Amma müəllim kimi müvafiq kafedralarda fəaliyyətlərini davam edəcəklər.
Qeyd olunub ki, yeni rektor ali məktəbdə şəffaflığın təmin olunması, neqativ halların qarşısının alınması istiqamətində də müvafiq işlər aparılır. Tələbələr üçün xüsusi qəbul günləri ayrılıb və mütəmadi görüşlər keçirilir. Universitetdə tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflıq və istedad əsas meyar olacaq.
banner

Oxşar Xəbərlər