• cümə, 29 Mart, 09:20
  • Baku Bakı 5°C

Yeni qeydiyyatdan keçmiş 16 dini icmaya şəhadətnamələr təqdim olunub

28.07.17 17:19 1335
Yeni qeydiyyatdan keçmiş 16 dini icmaya şəhadətnamələr təqdim olunub
Yeni qeydiyyatdan keçmiş 16 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə iyulun 28-də DQİDK-da keçirilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların rəhbərləri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında Azərbaycanda dinə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu müsbət dinamikanın Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirib.
Azərbaycanın təkcə iqtisadi göstəricilərinə və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və multikulturalizmin səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu vurğulayan Səyyad Salahlı dini icmaların cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanılmasında böyük rola malik olduğunu qeyd edib. O, bu sahədə din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda dini icma sədrlərinə fəaliyyətlərində milli-mənəvi, ənənəvi İslam dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini təkmilləşdirməyi tövsiyə edib.
Dini sahəyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirən icma sədrləri rəhbərlik etdikləri icmalarda dini sabitliyin qorunub saxlanılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını deyiblər.
Sonda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.
banner

Oxşar Xəbərlər