• cümə axşamı, 28 mart, 12:38
  • Baku Bakı 16°C

Yeni nazirdən daha bir yenilik

13.05.13 13:54 1647
Yeni nazirdən daha bir yenilik
“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, Təhsil Nazirliyinin aparatının struktur bölgüsünün səmərəlilik və funksionallıq prinsipləri əsasında müəyyənləşdirilməsi, bölmələrin fəaliyyətində paralelliyinin aradan qaldırılması və bununla bağlı idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Nazirliyin aparatının Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edilərək əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın müddəalarının icrası ilə əlaqədar, Nazirlikdə daxili nəzarət sisteminin yaradılması, təhsil sahəsində korrupsiya halları ilə mübarizənin gücləndirilməsi, Nazirliyin "Qaynar xətt"inə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, habelə struktur bolmələrinin tabeçiliyinin düzgün müəyyənləşdirilməsi və funksional ixtisaslaşmanın təmin edilməsi məqsədi ilə Daxili nəzarət şöbəsi yaradılmış və "Qaynar xətt" xidməti həmin şöbənin tabeliyinə verilib.
Ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi, xarici ölkələrlə tələbə mübadiləsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılması, habelə təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının həyata keçirilməsini təmin etmək məqsədi ilə Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi yaradılmış, Beynəlxalq əlaqələr şöbəsinin tərkibindən Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru çıxarılaraq, adıçəkilən şöbənin tərkibinə verilib.
banner

Oxşar Xəbərlər