AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Yeni Klinika"nın açılması dövlət rəhbərinin iradəsini göz önünə sərir”

Siyasət
30 Mart 2020, 13:00 240
"Azərbaycan dövləti, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan vətəndaşının yanında olub, onun bütün qayğılarını öz üzərinə götürüb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, oraya büdcədən 20 milyon manat vəsaitin ayrılması, həmçinin, ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik məvaciblərini həmin Fonda ianə etməsi, iqtisadiyyatda dalğalanmaların önlənməsi üçün 1 milyard manat vəsaitin nəzərdə tutulması, dünən açılışı həyata keçirilən "Yeni klinika"nın koronavirusa yoluxan insanların müalicəsinin daha yaxşı təşkil edilməsi üçün onların ixtiyarına verilməsi dövlətin, dövlət rəhbərliyinin bu məsələdə qətiyyətini, iradəsini bir daha gözlər önünə sərir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Azərbaycan dövləti və dövlət başçısı tərəfindən koronavirus təhlükəsinin önlənməsi yönündə bir sıra qabaqlayıcı addımların atıldığını deyən deputat söyləyib ki, vətəndaşlar da öz növbəsində atılan addımlara dəöstək olmalı, qəbul olunan qərarlara əməl etməlidirlər.

Onun sözlərinə görə, dünyanı bürüyən epidemiyaya qarşı mübarizə aparmaq üçün hər kəs öz məsulyyət və iradəsini ortaya qoymalıdır: "Ən azından yaxınlarını, əzilərini, ailə üzvlərinin həyatını düşünərək məcbur olmadıqalrı təqdirdə evdən çıxmamalıdırlar. Xüsusilə də 65 yaşından yüksək olanm şəxslər özlərini riskə atmamalı, həyatlarını qorumaq üçün evdə oturmalıdırlar. Hesab edirəm ki, ölkə başçısının "Biz birlikdə güclüyük" şüarına əməl etməklə tezliklə bu bəladan da xilas olacağıq".

E.Səlimov eyni zamanda insanlarımızın bu prosesi daha rahat və daha sakit keçməsi üçün müəyyən addımların atılmasının zəruriliyini qeyd edib: "Məsələn, kommunal və bank ödənişlərində müəyyən güzəştlər edilə bilər. Bu ödənişlərin ertələnməsi mümkün və vacib məqamlardandır. Eyni zamanda, günəmuzd işləyən və hazırda işsiz qalmağa məcbur olan insanları ehtiyaclarının ödənilməsi ilə bağlı addımların atılması yaxşı olardı. Bu məsələlərdə dövlətlə yanaşı, yerli özünüidarəetmə orqanları-bələdiyyələr də öz töhfələrini verməlidirlər. Onlar bu çətin və məsuliyyətli günlərdə dövlətlə çiyin-çiyinə addımlamalıdırlar. Hesab edirəm və inanıram ki, bu məsələlər yaxın günlərdə öz həllini tapacaq".