Yeni kadr təyinatları aparılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni
kadr təyinatları aparılıb. Təhsil nazirinin müvafiq əmrlərinə əsasən, BŞTİ-nin
müdir müavini vəzifələrinin icrası İdarənin İnsan resursları sektorunun müdiri
Raman Məmmədova və Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərova
həvalə edilib.
Qeyd edək ki, Məmmədov Raman Ağamalı oğlu 1981-ci ildə anadan
olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə
bitirib. 2004-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı
Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində hüquq məsləhətçisi, baş
məsləhətçi, Hüquq sektorunun müdiri, 2011-2012-ci ildə «Aqrolizinq» ASC-nin
Hüquq şöbəsində aparıcı mütəxəssis, 2012-ci ildə "Texno-Atinak"
MMC-də hüquqşünas, 2012-2015-ci illərdə "Absheron Construction"
MMC-də Hüquq və İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Təhsil nazirinin 2015-ci il 28 dekabr tarixli əmri ilə
BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək
ki, Raman Məmmədov hazırda BŞTİ-nin İnsan resursları sektorunun müdiri və
İdarənin müdir müavini vəzifəsinin icraçısıdır. İsgəndərov Şahin Bəbir oğlu
1982-ci ildə anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad
Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr,
2006-2008-ci illərdə Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb. 2012-2015-ci
illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib. 1999-2003-cü
illərdə Bakı Musiqi Akademiyasında mühasib, 2003-2005-ci illərdə Təhsil
Nazirliyində aparıcı mühasib, 2005-2010-cu illərdə Təhsil Nazirliyində
təsərrüfat müdiri, 2010-2013-cü illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun
İnkişafı Layihəsində baş mühasibin müavini vəzifələrində çalışıb. Azərbaycan
Respublikası Təhsil nazirinin 2013-cü il 15 noyabr tarixli əmri ilə BŞTİ-nin
Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki,
Şahin İsgəndərov hazırda BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri və
İdarənin müdir müavini vəzifəsinin icraçısıdır.