AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Yeni Üfüq” 20 Yanvar şəhidlərini anıb

“Yeni Üfüq” 20 Yanvar şəhidlərini anıb

Cəmiyyət
19 Yanvar 2020, 19:00 465
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə bağlı tədbir keçirib. Tədbirdə çıxış edən birliyin sədri Sevinc Əzimbəyli bildirdi ki, şəhid bacı və qardaşlarımızın tökülən qanlarının nəticəsi olaraq Azərbaycan əbədi olaraq müstəqilliyinə qovuşub.
 
Onun sözlərinə görə, həm 20 Yanvarda, həm Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanların həyatı hər bir azərbaycanlı üçün örnəkdir: "30 il əvvəl baş verən bu faciə hüzn günü olmaqla bərabər, həm də Azərbaycan tarixinin şərəfli səhifələrdən biridir. Buna görə də Azərbaycanın müstəqilliyi var olduqca adını öz qanı ilə tarixin səhifələrinə yazan şəhidlərimiz hər zaman yaşayacaq və dualarla anılacaqdır”.
 
Tədbirdə 20 Yanvar və Qarabağ şəhidlərinin ruhuna Qurani-Kərimdən dualar oxunub və ehsan süfrəsi açılıb. Təşkilatın sədri S.Əzimbəyli "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin həyata keçirdiyi silsilə tədbirlərin keçirilməsində verdiyi dəstəyə görə "Cənnət” MMC-ə təşəkkür edib.