• cümə, 29 Mart, 12:50
  • Baku Bakı 14°C

Yeni benzinin keyfiyyəti ilə bağlı - Açıqlama

09.04.14 10:18 1395
Yeni benzinin keyfiyyəti ilə bağlı - Açıqlama
Azərbaycana yeni gətirilən “Premium Euro-95” markalı benzininin laboratoriya analizləri aparılıb.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Xəzər Avropa Klubunun (CEİBC) təşkil etdiyi görüşdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
O bildirib ki, ölkəyə yeni gətirilən “Premium Euro-95” və “Euro-98” benzin markalarının “Euro-5” ekoloji standartının tələblərinə uyğun olduğu barədə ona məlumat verilib: “Euro-92” benzini isə Azərbaycanda istehsal olunur. Bu benzin də bizim hazırladığımız standarta uyğun gəlir”.
banner

Oxşar Xəbərlər