AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yeltsinin nəvəsinə görə İspaniyanı tərk edir

Yeltsinin nəvəsinə görə İspaniyanı tərk edir

İdman
07 Aprel 2020, 14:30 208
"Selta”nın rus futbolçusu Fyodr Smolov koronavirus pandemiyasının geniş yayıldığı bir vaxtda İspaniyanı tərk etmək istəyir. 
 
Kaspi.az xəbər verir ki, "The Guardian” nəşrinin iddasına görə, Smolov bu addımı sevgilisi Mariya Yumaşevoya görə atır. Rusiyanın mərhum sabiq prezidenti Boris Yeltsinin nəvəsi olan Mariyanın aprelin 14-də doğum günüdür. 
 
Həmin gün onun 18 yaşı tamam olacaq. İddiaya görə, qızın 18 yaşı tam olduğu üçün Smolov onunla nigaha girəcək.  
 
Futbolçu özü isə bildirib ki, Rusiyaya qayıtmasını klub rəhbərliyi ilə razılaşdırıb. O, pandemiya zamanı ailəsinə yaxın olmaq üçün bu addımı atdığını deyib.