• çərşənbə axşamı, 19 mart, 07:12
  • Baku Bakı 8°C

Yeddi ayda Azərbaycan Gürcüstana 113 min ton həcmində yanacaq ixrac edib

13.08.20 21:22 943
Yeddi ayda Azərbaycan Gürcüstana 113 min ton həcmində yanacaq ixrac edib
Cari ilin yanvar-iyul aylarında Gürcüstan ümumilikdə 608,3 min ton benzin və dizel yanacağı idxal edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27 min ton və ya 4,6 faiz çoxdur.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.
Məlumatda deyilir ki, hesabat dövründə Gürcüstanın idxal etdiyi yanacağın 18,7 faizi Azərbaycanın payına düşüb. Gürcüstan yeddi ayda Azərbaycandan 114 min ton həcmində yanacaq idxal edib.
Bu göstərici ilə Azərbaycan Gürcüstanın Rusiyadan sonra ikinci əsas yanacaq tədarükçüsü olub. Gürcüstan yeddi ayda Rusiyadan 212,8 min ton yanacaq idxal edib.
Gürcüstanın yanacaq aldığı ölkələr siyahısında Rumıniya 110,3 min tonla üçüncü, Türkmənistan 55,3 min tonla dördüncü yerdə dayanır.
banner

Oxşar Xəbərlər