• çərşənbə axşamı, 19 mart, 09:11
  • Baku Bakı 8°C

Yazmaq haqqında çəkilmiş 10 film

19.09.17 17:28 8052
Yazmaq haqqında çəkilmiş 10 film
İnsanlar özləri haqqındakı həqiqətləri, duyğularını kağıza köçürür, bu zaman hər şeydən uzun-uzun, bəzən ən xırda detallarına qədər bəhs edirlər. Bu yazıların bəziləri bugünə kimi gəlib çatıb, bəziləri bu günü də geridə qoyub gələcəyə doğru boylanır. Çünki sözlər uçur, amma yazı qalır.Yazaraq nəfəs alan, yaşayan insanların hekayələrindən bəhs olunduğu, yazmağı həyatın ən ibtidai ehtiyacı kimi görənlərin macəraları haqqındakı filmlər bəzən bizi də yazmağa sövq edir, oxumağa daha da həvəsləndirir. "Cinemablend” saytı ədəbiyyatla kinonun qovşağında həyat tapmış hekayələrdən ibarət siyahı hazırlayıb.
· "Xəyalların sahibi” ("Quills” – 2000) – Baş rollarını Keyt Uinslet, Maykl Keyn və Ceofri Raşın bölüşdüyü filmdə Markez de Sadın ömrünün son illəri canlandırılır.
· "Qəhrəmandan daha yad” ("Stranger than fiction” – 2006) – Həyatının idarəsini ələ almaq istəyən Harold Krikin komik macərasından bəhs edilir.
· "Uzlaşma” ("Adaptation” – 2002) – Film elə filmin ssenarisinin yazılma və çəkiliş prosesinə hazırlıqdan bəhs edir. Ssenarist Çarli Kaufmanın ən iddialı işlərindəndir.
· "Anonim” ("Anonymous” – 2011) – Əminsizmi ki, Uilyam Şekspir, həqiqətən də, bildiyiniz adamdır?! Şübhəniz varsa, bu filmi izləməlisiniz.
· "Evdə” ("Dans la maison” – 2012) – Dostunun ailəsinə daxil olub, burada özünə bir dünya qurmuş, bundan xəbər tutan müəlliminin də onun gizli aləminə qoşulması ilə sonu gəlməyən bir hekayə.
· "Parisdə bir gecə” ("Midnight in Paris” – 2011) – Əvvəlki zamanlara dönmək hər insanın içində oyanan həvəsdir. Bir yazarın Paris küçələrində qurduğu xəyalların Vudi Allen dili ilə nəql edilməsinin möhtəşəm nəticəsi.
· "Xəyalımdakı sevgi” ("Ruby Sparks” – 2012) – Uğurlu yazar Kalvin Ueyr Fildsin həyatının Rubi adlı qadının gəlişi ilə kökündən dəyişməsinin əhvalatı.
· "Saatlar” ("The hours” – 2002) - Oxucu, yazıçı və baş qəhrəman arasındakı üçbucağı təsvir edən film.
· "Oğurlanmış həyat” ("The words” – 2012) – Baş qəhrəman Rori Cansen ilk kitabı ilə dünyaca məşhur bir yazara çevrilir. Hər şey bu tempdə davam edərkən illər sonra həyatına bir adam daxil olur və bu müəmmalı qonağın gizli planları var.
· "Gizli pəncərə” ("Secret window” – 2004) – Kədərli ayrılıqdan sonra istedadlı Morti özünə gələ bilmir. Bütün enerjisini itirmiş yazar bir sətir belə yaza bilmir. Bir gün xəyal gücünü silkələyən bir hadisə ilə qarşılaşır və hekayə yazmağa başlayır.
banner

Oxşar Xəbərlər