Yay transfer planı təsdiqləndi - “Bavariya”nın
"Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge komandanın
çıxışını dəyərləndirib.
Kaspi.az xəbər verir ki, Rummenigge mövsümün nəticəsinə birmənalı
qiymət verməyin çətin olduğunu bildirib. O, komandada kadr islahatlarının
olacağını deyib. Sədr yay transfer planının təsdiqləndiyini də vurğulayıb:
"Mövsümə birmənalı qiymət vermək çətindir. Hesab edirəm ki, pis
alınmadı. Bundesliqada 15 xal fərqlə çempion olmaq keyfiyyətli işin
göstəricisidir. Çempionatda qalib gəlmək o qədər də asan deyil.
Ancaq digər turnirlərdə vəziyyət bizim xeyrimizə olmadı. Məhz bu
məqamları nəzərə alsaq, mövsümün o qədər də uğurlu olmadığını deyənlər də
olacaq.
Biz bir neçə kadr islahatları aparmalıyıq. Artıq yay transfer
planımız hazırdır. Bunu Karlo Ançelotti ilə müzakirə etmişik. Hətta deyərdim
ki, transfer çalışmalarına başlamışıq. Yay hədəflərimiz bəllidir”.