AZE | RUS | ENG |


Yaxşı adam

Yaxşı adam
Əliheydər Hüseynov – 100

Əliheydər Seyfulla oğlu Hüseynov 1917-ci il oktyabrın 25-də Bakıda anadan ol­­­muşdur. O, 1939-cu ildə Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinə daxil ol­­muşdur. Böyük vətən mü­­ha­ri­bəsi illərində Qızıl Ordu sıralarında şimali-şərq, Le­­nin­qrad, Volxov, I Ukrayna cəb­hələrin­də, Al­maniya və Polşada sıravi əsgər və za­bit ki­mi döyüşmüşdür. 1943-cü ildə Sov.İKP sıra­la­rı­na daxil ol­muşdur.

1949-cu ildə ali təhsilini başa vuran Əliheydər Hüseynov Azərbaycan SSR EA Ədə­­biyyat İns­­titutunda kiçik elmi işçi və 1951-1952-ci illlərdə Azərb. KP MK-nın bə­dii ədə­biyyat və in­cə­sə­nət şö­bə­sində təlimatçı vəzifəsində çalışmışdır. O, 1955-ci ildə Mosk­vada Sov. İKP MK nəz­din­dəki İc­timai Elmlər Akademiyasının as­pi­ran­tu­­ra­sı­nı bitirərək «Azərbaycan sovet poeziyasının in­kişaf yo­lu (1920-1940)» möv­zu­sun­da namizədlik dissertasiyası müdafiə etmişdir.

1955-1957-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Sirrlərini Mü­­hafizə edən İdarədə rəis, 1957-1958-ci illərdə isə Azərbaycan KP MK-nın Təb­li­ğat və təş­vi­qat şöbəsi­nin müdir müavini olmuşdur. 1958-ci ildən taleyini Azər­bay­can SSR EA Ni­zami adına Ədəbiy­yat İnstitutuna bağlayan Əliheydər Hüseynov öm­rünün so­nu­na kimi mətnşünaslıq şöbəsində baş el­mi işçi vəzifəsində ça­lış­mış­dır.

Ə.Hüseynov klassiklərimizin əsərlərinin tekstoloji-filoloji tədqiqi və nəş­ri sa­hə­sində xüsusi xid­məti olan görkəmli mətnşünas alimlərdəndir. Elmi fəa­liy­yətində Azər­baycan poeziyasının, xü­susilə xalq şairi Sə­məd Vurğunun əsər­lə­ri­nin tədqiqi və nəşrinə mühüm yer ayıran alim şairin «Əsər­ləri»nin altıcildlik nəş­ri­nin tərtibçisi ol­­muşdur. Onun 1977-ci ildə bircildlik «Se­çilmiş əsər­lə­ri»nin Le­nin­qrad­da, 1978-1979-cu illərdə isə üçcildlik külliyyatının Mosk­vada nəşri sahəsində gər­­gin səmərəli işi diqqətə layiqdir. Öm­rü­nün son il­lə­rin­­də S.Vurğunun yed­di­cild­lik «Əsərləri» üzə­­­rində işləmiş və nəşrə təqdim et­mişdir.

Ə.Hüseynov romantik sənətkar Məhəmməd Hadinin, habelə Bədrəddin Se­­yid­za­­də və di­gər şair­lərin irsinin toplanıb nəşr olunmasına da xeyli əmək sərf et­miş­dir. O, məşhur «Molla Nəs­rəd­din» jurnalının təkrar nəşrini çapa hazırlayan alim­lər qru­pu­­na daxil idi. Jurnalın 1911, 1923, 1925, 1927-1928-ci illərinin mətnini (IU, U, UI, UII cildlər) ərəb əlif­basından transfoneliterasiya et­mişdir. Ömrünün son günlə­rin­­də Səməd Mənsurun «Əsər­ləri»ni nəşrə təqdim etmiş, «Azər­bay­can sovet şei­ri­nin ilk ad­dımları (1920-1940)» adlı müntəxabat üzərində işləmişdir.

Əliheydər Hüseynov xidmətlərinə görə «Qırmızı Ulduz» və «I Dərəcəli Və­tən Mü­haribəsi» or­­denləri, «1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzə­rində qələbəyə görə» və başqa medallarla təl­tif edilmişdir (məlumat Ə.Hü­sey­no­vun Ədəbiyyat İnstitutunun elmi ar­xi­vin­dəki «Şəxsi işi»ndən əldə edilmişdir). 1989-cu ildə dünyasını dəyişən Əliheydər Hüseynov bu gün də yaddaşlarda lə­ya­­qətli və­tən­daş, yorulmaz alim, xeyirxah və yaxşı adam kimi qal­maqdadır.
 
 

"İlahi, yaxşı adamları bir az çox yarat”
 
1968-ci il idi. Ali təhsilimi bitirib Nizami adına Ədəbiyyat İnstitutunun Mətn­şü­nas­­lıq şö­bə­si­nə işə təzə qəbul olunmuşdum. O vaxtlar institut MK-dan «Molla Nəs­rəd­­din» jurnalının təkrar nəşr olunması  tapşırığını aldı. Nəşrə elmi rəhbərlik et­mək AMEA-nın müxbir üzvü, görkəmli alim Əziz Mirəhmədova etibar edildi. Fi­lo­lo­gi­ya elmləri namizədi Əliheydər Hüseynov, Turan Hə­­sənzadə və mən də da­xil ol­maq­­la mətnşünas qrupu yarandı. Bu, mənim Əliheydər müəllimlə ilk iş bir­li­yim oldu (sonralar biz Bədri Seyidzadənin şeirlərini toplayıb «Bir ömrün ya­di­ga­rı» (1984) adlı daha bir kitab nəşr etdirdik). Əliheydər müəllim şöbənin ən yaş­lı, mən isə ən gənc əmək­­daşı idim. 7-8 il ərzində biz jurnalın tam mətnini ərəb əlif­ba­sın­dan çe­­virib çapa hazırladıq. İlk cildləri Əziz müəllim redaktə etdi. Amma çox təə­ssüf ki, jurnalın nəşri uzun illər qərəzli və məq­­sədli şəkildə ləngidi. Bu ləngimə bi­zi gö­rü­­lən işi bu dəfə latın əlifbasına çevirmək çətinliyi ilə üzləşdirdi. «Molla Nəs­rəd­din» kimi bir möhtəşəm abidənin təkrar nəşrinin bizə etibar edildiyi üçün ilk illərdə ya­­şadığımız fəxarət və qürur hissini get-gedə ümidsizlik acısı əvəz etdi. Əli­hey­dər müəl­­lim hər birimizdən daha çox narahat idi. Çünki nəşrin ləngiməyinin o vaxtlar el­­mi ic­ti­ma­iy­yətdən gizli saxlanılan əsl səbəbi MK-də sabiq şöbə müdiri olan Əli­hey­­dər müəllimə məlum idi. Cəlil Məmmədquluzadənin müxtəlif fa­si­lə­lər­lə 25 il nəşr etdiyi jurnalın təkrar nəşri 45 ilə ba­şa çatdı. Həmkarlarımın heç birinə bu nəşri tam görmək sevinci qismət olmadı.

Əliheydər müəllimlə bağlı xatirələrim çoxdur. Amma söz axarının belə yön al­ma­­sı səbəbsiz de­­yil...

Bu gün Ədəbiyyat İnstitutunda Əliheydər müəllimin adı çəkilirsə, onu tanıyan, hət­­ta ta­nı­ma­yan hər kəsin dilindən ilk növbədə bunu eşitmək olar: «Yaxşı adam idi rəhmətlik, deyirlər çox yax­­şı adam idi». Əliheydər müəllim sözün tam mə­na­sın­­da yaxşı adam idi. Mərd, halal, xeyirxah, adam tanıyan, əltutan, hər yerdə sözü ke­­çən, böyük əlaqələri olan və bu imkanlarından ət­ra­fında­kı­­lara umacaqsız, tə­mən­na­­sız yaxşılıq edən idi. Xey­rə-şərə yarayan, sözünün ağası idi. Əslindən, nə­­­ca­bə­tin­­­dən gələn bütün bu xü­su­siy­yətlər onun «yaxşı adam» kimi sanbalını, çəkisini bü­­töv­lə­yən dəyərlər idi. Bir söz­lə, Allah adamı idi Əliheydər müəllim. Bəlkə elə Al­­laha bu qədər yaxın ol­­­du­ğun­­dan idi ki, dünyasını dəyişəcəyi gün də ona qa­baq­ca­­dan agah olmuşdu...
 
 

Həftənin sonuncu iş günü idi. Otağın qapısını açıb: «aşağı binaya gedirəm, işi ve­­­rib qa­yı­dı­ram» – dedi. Getdi və tez də qayıdıb gəldi. Bu dəfə otağa daxil olub ayaq üstə dayandı:

– Hə.., bunu da təhvil verdim... Bundan da arxayın oldum... Yarımçıq işim qal­­­madı... Qal­dı bir «Molla Nəsrəddin». Onun nəşrini görə bilməyəcəyəm... Öm­­­rüm çatmayacaq... Heyf... Heyf o işdən – dedi.

Gözü yol çəkdi, elə bil bir anlıq baxışları ilə çox-çox uzaqlara getdi və qa­yıt­dı. Sözünə təm­­kinlə davam etdi: Görəcəksiz... Ona haram qatan tapılacaq. Hə... Ge­­dirəm... O dünyaya ge­­dirəm... Kimin nə sözü var, desin...

Heç vaxt səhhətindən şikayətlənməyən, həmişə gümrah, şən, nikbin olan Əli­hey­­­dər müəl­li­min elə həmişəki kimi də gülə-gülə dediyi bu sözlər gözlənilməz ol­du­­­ğun­dan hamımızı çaşdırdı. Bu, Əliheydər müəllimlə son görüşümüz oldu. Getdi. Həf­­­tənin birinci günü onun xəstəxanada – re­a­nimasiya şöbəsində olduğunu bildik. İki gündən sonra Əliheydər müəllim dünyasını dəyişdi. Düz iki ayın tamamında Əli­­­hey­dər müəllimin dediyi «işə haram qatan»ın kimliyinin üzə çıxması ha­­mımızı hey­­rətləndirdi. Ona etiraz etmək isə işə ortaq və haqqa bələd olan bir adam kimi mə­­nim təəssüb payıma düşdü. Əliheydər müəllim 1989-cu ildə dünyasını dəyişdi. On­­­dan sonra – eti­­razın yaratdığı bu mübahisələr uzun illər davam etdi. Nəhayət, aka­­­demik Bəkir Nəbiyevin İns­ti­­tuta rəhbərlik etdiyi dövrdə həm «Molla Nəs­rəd­din» jurnalının tam nəşri başa çatdı, həm də Əli­­heydər müəllimin nigarançılığı ortadan qalxdı. İnanıram ki, bu da Əliheydər müəl­li­mə agah oldu. Onun na­ra­hat ruhu rahatlıq tapdı. Nə yaxşı ki, onun ruhu qarşısında mən də xə­ca­lət­li qal­ma­dım. Həcmcə bənzəri olmayan bu nəşrin ərsəyə gəlməsində Əliheydər müəllimin sərf et­­diyi uzun ömür və ağır zəhmət payı vardı. Bu Əliheydər müəllimin halal haq­­­qı, mənimsə Bəkir müəl­­limin köməkliyi ilə nail ola bildiyim haqq işim idi.

Əliheydər müəllim 72 il ömür sürdü. 72 il – «Əliheydər müəllim nə qədər ya­şa­dı?» – sualının ca­­vabıdır. «Bu ömrü necə yaşadı?» sualının cavabı isə onu tanıyan­la­­­rın xatirələrindədir. Məşhur bir deyim var: «Əsl ölüm – insan dünyasını də­yiş­di­yi za­man yox, onu xatırlayacaq sonuncu adam öləndə baş verir». Buna görə, heç olmaz­sa, ömrün müəy­­­yən ay, il dayanacaqlarında bir anlıq geridə qalan ömrümüzə boy­la­­nıb onu ne­cə ya­şa­dı­ğı­mı­­zı dərk etmək, öz-özümüzə hesabat vermək, heç olmasa, Tan­­rının lüt­fü ilə qalan-qalmayan öm­­rü­müzün olan-olmayan fürsətindən yarar­lan­ma­­ğımız çox vacibdir.
 
Elmira QASIMOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001