• cümə axşamı, 28 mart, 17:50
  • Baku Bakı 16°C

Yataqxana və pansionatlardakı məcburi köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək

15.02.17 12:00 1812
Yataqxana və pansionatlardakı məcburi köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək
Ölkə başçısı İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib və hər zaman diqqət mərkəzində saxlayıb. Doğmaocaqlarındandidərgindüşmüş soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik qayğılarından biridir. Dünən imzalana fərman da bu silsilədəndir və yenə də yataqxanalarda, pansionatlarda məskunlaşan məcburi köçkünlərin kommunal xərclərini dövlət özü ödəyəcək. Belə ki, dünən "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzlanıb.
Fərmana əsasən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunacaq. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödəniləcək. Eyni zamanda, həmin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilib.
Göründüyü kimi, prezident qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır, lazım gəldikdə yeni fərmanlar imzalayaraq ən optimal çıxış yollarını seçir. Son qərara görə, ümumi ödəniş edilməsi çətinlik yaradan, qazlaşdırılmamış yerlər üçün ödənişi dövlət yenə də öz boynuna götürür. Fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq. Həmin kontingent 01.02.2017-ci il tarixdən köhnə qayda ilə 20 manat müavinət alacaq. Dəyişikliyə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq.
Nazirlər Kabineti isə 3 gün ərzində limitləri müəyyən edəcək və 15 gün ərzində qazlaşma proqramını və Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün Prezidentə təqdim edəcək. Xatırladaq ki, prezident yanvar ayında məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqındafərman imzalamışdı. Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilmişdi. Qərardan öncə, məcburi köçkünlər üçün kommunal xərclər dövlət tərəfindən qarşılanırdı. Onların ailə üzvlərinin hər birinə görə isə 20 manatlıq çörək pulu ödənişi olurdu. Bir qrupun istəyinə uyğun olaraq, ödənişlər yenə əvvəlki kimi olacaq və kommunal xərclər əvvəlki qaydada dövlət tərəfindən ödəniləcək.
Sonuncu fərman bir daha göstərir ki, bu kontingentin istəkləri xüsusi olaraq nəzərə alınır, qərarlar onların rahatlığına uyğun olaraq qəbul olunur və heç bir halda hüquqları pozulmur. Bir müddət əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı da bu haqda danışıb və son 25 ildə qaçqın və məcburi köçkünlərin hüquqlarının bir dəfə də olsun, pozulmadığını bildirib. Dövlət Komitəsinin sədri qeyd edib ki, son 23 ildə məcburi köçkünlərin problemlərinin həllinə 6,1 milyard vəsait sərf olunub, 95 müasir qəsəbə salınıb: "Bakıda məcburi köçkünlərin yaşadığı 155 yarımtikili, pansionat var, onlardan 51-i ilə bağlı tədbir görülüb. Qaçqın və məcburi köçkünlər xalqın ən həssas təbəqəsidir”.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər