• şənbə, 20 Aprel, 09:03
  • Baku Bakı 14°C

Yataqxana damında domino oynayanlar cərimələndi

07.06.20 16:15 722
Yataqxana damında domino oynayanlar cərimələndi
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşları rayonun Qabil Süleymanov küçəsində yerləşən "Xəzri” yataqxanasının damında domino oynayan şəxsləri aşkarlayıb. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Damino oynayanlar barsəində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.
banner

Oxşar Xəbərlər