• şənbə, 20 Aprel, 12:21
  • Baku Bakı 23°C

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklərin tətbiqinə dair sərəncam imzalanıb

21.01.17 17:45 1168
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklərin tətbiqinə dair sərəncam imzalanıb
Azərbaycan prezidentiİlham Əliyev"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AzərbaycanRespublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 483-VQD nömrəliQanununun tətbiqi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən,Nazirlər Kabineti
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
banner

Oxşar Xəbərlər