• cümə axşamı, 28 mart, 16:14
  • Baku Bakı 16°C

Yarıməsrlik yol…ONUN izi ilə

11.07.19 10:30 10573
Yarıməsrlik yol…ONUN izi ilə
Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək (14 iyul 1969-cu il) respublikanın rəhbəri olmasından 50 il ötür. Azərbaycanın bu dövrünü əhatə edən tarix bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.
Hansı pillədə olur-olsun, Heydər Əliyev hər zaman Azərbaycanın mənafelərini qoruyub və ölkəsinin uğurları üçün bütün mümkün addımları atıb.
O, istər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışanda, istərsə də 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verəndən sonrakı dönəmdə də xəyallarını və düşüncələrini Azərbaycandan ayırmayıb.
Təkçə bir faktı qeyd edək ki, Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdi. Bu, o vaxt böyük cəsarət tələb edən bir addım və millətinə bağlılığın əsl nümunəsi idi.
Heydər Əliyev 1991-ci ildə Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edəndə də cəsarətini və xalqına sevgisini ortaya qoymuşdu.
Bu ağır illərdən sonra onun müstəqilliyə qədəm qoymaqda olan Azərbaycanla bağlı növbəti fəaliyyəti başladı və bu fəaliyyət bütün maneələrə rəğmən, xalq sevgisi ilə tamamlanırdı. Məhz bu inam və dönməz fəaliyyət Azərbaycanı yox olmaq təhlükəsindən xilas etdi...
1993-cü ildə onun çiyinlərinə düşən vəzifə çox ağır idi, çünki Azərbaycan mürəkkəb siyasi vəziyyətin içərisində öz inkişafını axsatmış, parçalanma təhlükəsinə girmiş, siyasi çəkişmələrlə idarəolunmaz duruma düşmüşdü.
Tale onu hökümət böhranının son dərəcə kəskinləşdiyi, ölkədə vətəndaş müharibəsinin baş verdiyi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı Azərbaycanı xilas üçün yenidən görəvləndirdi.
Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxan xalqın qarşısında duruş gətirə bilməyən Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ilə qədər hakimiyyətdə olan Heydər Əliyev özündən sonra elə bir xətt qoyub getdi ki, bundan sonra Azərbaycan məhz həmin yolla getdi, inkişafetdi və axıra kimi də belə olacaq.
Bu yol daim sabit, müstəqilliyi əbədi, güclü edən bir yoldur.
Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə də, yəni 1960-cı illərin axırlarında da Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O, qısa müddətdə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəlişə, milli ruhun inkişafına və mənəviyyatın tərəqqisinə nail ola bildi.
Onun1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlərə diqqət etdikdə açıq-aşkar görünən bir xətt var. Milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas etdi; xalqın tarixi yaddaşını özünə qaytardı; milli ruhu hədsiz yüksəliş mərhələsinə çatdırdı; milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit şərait yaratdı.
Milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində ciddi addımlar atıldı. Bu, hədsiz lazımlı məsələ idi. Çünki milli şüura malik, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsi Azərbaycanın inkişafı, Azərbaycanın hər cür təhlükədən qorunması demək idi.
Heydər Əliyev təkcə iqtisadiyyatda, mənəvi, siyasisahələrdədeyil, mədəniyyət sahəsində də ciddi addımlar atırdı. Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidlərinə rəğmən, məhz o,Azərbaycanda yaradıcı insanlarüçün əlverişli, rahat mənəvi-psixoloji şərait yaratdı. Bu şərait sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideyalar, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verirdi.
Paralel olaraq çox sayda memarlıq abidəsinin bərpası həyata keçirilirdi və Bakı yenidən qurulurdu. Ən görkəmli yerlərdə xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldıldı və böyük tarixi şəxsiyyətlərin ev muzeyləri yaradıldı.
Milli hərbçi kadrların hazırlanması Heydər Əliyevin öz ölkəsi üçünetdiyi xidmətin bəlkə də ən başında gəlir.Hər zaman sağdan-soldan təhlükə, təhdid yaşayan Azərbaycan üçünmilli hərbçilərin yetişməsi mütləq məsələ idi, bu, olmadan ölkənin mühafizəsindən danışmaq çətindir.
Heydər Əliyev Azərbaycanı nə qədər sevirdisə, onun dilinə də o şəkildə vurğun və incəliklərinə bələd bir şəxsiyyət idi. Hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan dilinə xüsusi yanaşma sərgiləyirdi, bu dili mükəmməl bilən gənclik yetişdirirdi. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili status kimi təsbit olunması heç də təsadüfi addım deyildi. Bu, elə bir dövrdə edilmişdi ki, onu hər siyasətçi bacara bilməzdi...
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkədə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı.Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbayçanı iqtisadi inkişaf, siyasi, demokratik təkamül relsi üzərinə əbədilik qoya bildi.Başqa sözlə, öz vətənində əsl dövlət idarəçiliyi məktəbi yaratdı. Müstəqil Azərbaycan xalqının bundan sonrakı dönəmində bu böyük məktəb daim baza rolunu oynayacaq və yalnız Heydər Əliyevin qoyub getdiyi yolölkəmizin inkişafına, xalqımızın rifahı naminə faydalanmağa, müstəqilliyi əbədi yaşatmağa imkan verəcək...
Elman Babayev
banner

Oxşar Xəbərlər