• cümə axşamı, 28 mart, 18:17
  • Baku Bakı 13°C

Yaraşıqlı müğənni sevgilisinə “Qayıtma” dedi

18.12.13 13:41 2071
Yaraşıqlı müğənni sevgilisinə “Qayıtma” dedi
Özünəməxsus səsi və ifası ilə seçilən müğənni Bahar Lətifqızı yeni klip çəkdirib. Bu haqda “Kaspi”yə məlumat verən sənətçi bildirdi ki, bu dəfə sözləri Nüsrət Kəsəmənliyə, musiqisi gənc bəstəkar-müğənni Fidan Süleymanovaya aid olan “Qayıtma”nı ekranlaşdırıb:
“Bu mahnını Azərbaycan və fars dillərində ifa etmişəm. Nüsrət Kəsəmənlinin sözlərini fars dilinə də tərcümə etmişik. Mahnı çox xoşuma gəldiyi üçün, düşündüm ki, klip də çəkdirim. Bu klipin bir hissəsini İsveçdə lentə aldırmışıq. Həmin hissə qarlı havada çəkilib. Amma sonradan qərar verdim ki, klipin bir hissəsi də doğma Bakımızda çəkilsin. Bunun üçün də qış fəslinin gəlməsini gözləyirdim. Bakıda olan çəkilişi isə şəhərimizdəki otellərdən birində gerçəkləşdirdik. Artıq çəkilişlərimiz bitib. Klipin mövzusu mahnının sözlərinə uyğun olaraq lentə alınıb. Belə ki, xanım gedən sevgilisinin qayıtmamağını istəyir”.
Sənətçi onu da bildirdi ki, bu klipdə fərqli imicdədir: “Sənətçi olaraq tamaşaçıların qarşısına yeni imicdə çıxmağı özümə borc bildim. İnşallah, Yeni il ərəfəsində klipi tamaşaçılara təqdim edəcəyəm”.
Müğənni sonda onu da dedi ki, bu günlərdə Azərbaycan televiziyalarında yayımlanan verilişlərdən birinin çəkilişi üçün Türkiyəyə gedəcək.
banner

Oxşar Xəbərlər