Yaponiyanın Komatsu şəhərinin nümayəndə heyəti BDU-da olub
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycanda
səfərdə olan Yaponiyanın Komatsu şəhərinin meri Şinji Vadanın rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib. Qonaqları universitetdə görməkdən məmnunluğunu
ifadə edən rektor prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkələrimiz
arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafını qeyd
edib. Rektor BDU-nun beynəlxalq əlaqələri, o cümlədən Yaponiya universitetləri
ilə uğurlu əməkdaşlığa toxunaraq yapon dilinin Azərbaycanda ilk dəfə BDU-da
2000-ci ildən tədris olunduğunu xatırladıb. Rektor ötən ay Bakı Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsində Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən
layihə nəticəsində əsaslı təmir və müasir texniki avadanlıqlarla təmin edilmiş
auditoriyaların istifadəyə verilməsini yüksək dəyərləndirib.
Komatsu şəhərinin meri Şinji Vada BDU-nun Yaponiya universitetləri ilə əməkdaşlığını,
o cümlədən yapon dilinin yüksək səviyyədə tədrisi nəticəsində yüksək ixtisaslı
mütəxəssislərin yetişdirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və elm-təhsil
sahəsindəki layihələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə
edib.
Komatsu Dövlət Universitetinin Hazırlıq Komitəsinin sədri, Kanazava
Universitetinin müşaviri Hiroşi Yamamoto əməkdaşlıq əlaqələrinin daha da
inkişafı istiqamətində görüləcək işlərdən danışıb.
Görüşdə Komatsu Şəhər Şurasının sədri Toşikazu Umeda, Kanazava Universiteti,
Qlobal Məsələlər Təşkilatının Xüsusi təyinatlı professoru Aidə Məmmədova,
Komatsu şəhərinin Beynəlxalq Təşviqat İdarəsinin baş direktoru Katsuşi Fuci və
adıçəkilən şöbənin işçisi Natsumi Yamada, BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimovaiştirak ediblər.
Sonda qonaqlar universitetin Nanoaraşdırmalar mərkəzində, elmi tədqiqat və
tədris laboratoriyalarında, Jurnalistika fakültəsinin Tədris-teleradio
studiyasında olub, Şərqşünaslıq fakültəsinin yapon dili və ədəbiyyatının tədrisi
auditoriyalarına baş çəkiblər.