• cümə axşamı, 28 mart, 22:03
  • Baku Bakı 13°C

Yaponiya və Koreya kəşfiyyat məlumatlarının mübadiləsi barədə razılığa gələ bilməyiblər

17.11.19 19:00 1510
Yaponiya və Koreya kəşfiyyat məlumatlarının mübadiləsi barədə razılığa gələ bilməyiblər
Yaponiyanın və Koreya Respublikasının Müdafiə nazirləri iki ölkə arasında kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin uzadılması barədə razılığa gələ bilməyiblər.
AZƏRTACKyodo agentliyinə istinadla xəbər verir ki, Banqkokda bir araya gələn tərəflər əldə olunmayan razılığa baxmayaraq, Şimali Koreyanın nüvə silahı problemi ilə bağlı ABŞ-la hərbi əməkdaşlığın vacibliyini qeyd ediblər.
Qeyd edək ki, bu, Yaponiyanın və Koreya Respublikasının Müdafiə nazirlərini ilk ikitərəfli görüşü olub.
Koreya Respublikasının Müdafiə naziri həmkarını dərindən düşünməyə və Seulun Tokio ilə GSOMIA adlı müqavilə çərçivəsində Şimali Koreya ilə bağlı kəşfiyyat mübadiləsinin dayandırılması barədə qərarına yenidən baxmağa çağırıb.
Yaponiyalı nazir isə öz növbəsində bildirib ki, müqavilədən imtina edilməsinin səbəbi Tokionun elektronika üçün nəzərdə tutulan bir sıra nanotexnologiyaların ixracına nəzarəti gücləndirməsidir. Nazir qeyd edib ki, o, qarşı tərəfi məsələnin diplomatik həlli yoluna və ixraca məhdudiyyəti aradan qaldırmağa çağırıb.
Qeyd edək ki, tərəflər arasındakı mübahisə ABŞ-ın Vaşinqton-Tokio-Seul ittifaqını qorumaq cəhdinə ciddi zərbə vurur.
Kyodo agentliyinin yaydığı məlumata görə, Banqkokda təşkil edilən ASEAN ölkələrinin Müdafiə nazirlərinin görüşü zamanı ABŞ-ın Müdafiə naziri Mark Esper Taro Kono və Çon Qyon Du ilə üçtərəfli görüş də keçirib.
banner

Oxşar Xəbərlər