Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar paketi hazırlayır
Yaponiya Şimali Koreyaya qarşı öz sanksiyalar paketini hazırlayır.
"Report” xəbər verir ki, bu barədə NHK məlumat yayıb.
Qeyd olunur ki, Tokio Vaşinqtonla birgəBMTTəhlükəsizlik Şurasını Pxenyana qarşı yeni sanksiyalar tətbiq etməyə razı salmaq niyyətindədir.
Rusiya və Çin məsələnin diplomatik yolla həllinin tərəfdarı olduğundan, Yaponiya öz məhdudlaşdırıcı tədbirlərinin tətbiqini sürətləndirir.