• cümə, 19 Aprel, 03:35
  • Baku Bakı 18°C

Yaponiya F-35B qırıcılarının yerləşdirilməsi ilə bağlı qərar vermədiklərini bildirib

05.04.21 09:45 509
Yaponiya F-35B qırıcılarının yerləşdirilməsi ilə bağlı qərar vermədiklərini bildirib

"ABŞ-dan alınan ilk F-35B qırıcılarının Yaponiya özünümüdafiə qüvvələri tərəfindən Miyazaki prefekturasındakı Nyutabaru bazasında yerləşdirilməsi barədə konkret qərar verilməyib”.
APATASS-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato açıqlamasında bildirib.
O əlavə edib ki, Hava Özünümüdafiə Qüvvələri bazasının F-35B üçün bir yer olaraq qəbul edildiyi eşidilib, lakin bu mövzuda konkret qərarların verilməsindən xəbərdar deyillər.
Xatırladaq ki, aprelin 4-də, "Yomiuri” milli qəzeti Yapon özünümüdafiə qüvvələrinin ABŞ-dan satın aldığı ilk F-35B döyüş təyyarələrini ölkənin cənub-qərbindəki Miyazaki əyalətində yerləşən Nyutabaru bazasına yerləşdirmək niyyətində olduğunu yazmışdı.
banner

Oxşar Xəbərlər