AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

YAP

YAP "Münxendə Tarix və Hüquq Dərsi" adlı kitab hazırlayıb

Cəmiyyət
09 Aprel 2020, 10:22 122
Yeni Azərbaycan Partiyası (YAP) "Münxendə Tarix və Hüquq Dərsi" adlı kitab hazırlayıb.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının Trend-ə verdiyi məlumata görə, kitab bu günlərdə YAP Nəsimi rayon təşkilatı tərəfindən hazırlanıb.
Kitabın mövzusu bu il fevral ayının 15-də Almaniyanın Münxen şəhərində keçirilən ənənəvi Münxen Təhlükəsizlik Konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş panel müzakirəsində iştirak edib, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatı əsasında ingilis, fransız, alman, rus və Azərbaycan dillərində erməni yalanını ifşasından bəhs edir və "Münxendə Tarix və Hüquq Dərsi” ( "Law and History Lesson in Munich”) adlanır.