• cümə, 29 Mart, 17:52
  • Baku Bakı 14°C

YAP-ın ümumrespublika müşavirəsi keçirilib

25.07.16 17:42 1519
YAP-ın ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyasında (YAP)partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. YAP-danAPA-ya verilən məlumata görə, partiyanın sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə keçən iclasda partiyanın yarım illik fəaliyyətinin nəticələri müzakirə edilib, habelə ölkə prezidentinin təşəbbüsü ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə əlaqədar partiyanın qarşısında duran vəzifələr nəzərdən keçirilib.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusyon təminatının daha da gücləndirilməsinə, demokratik təsisatlarının fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirməsi məqsədlərinə xidmət göstərir. Konstitusiyaya təklif olunan dəyişikliklərin Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının uyğun olduğu qeyd olunub, eyni zamanda Referendumun keçirilməsi ilə əlaqədar YAP-ın qarşısında duran təşkilati və təbliğat xarakterli vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tapşırıqlar verilib.
banner

Oxşar Xəbərlər