YAP-ın 25 illik yubileyi Gəncədə silsilə tədbirlərlə qeyd edilir - Fotolar
Gəncə
şəhərində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə
bağlı silsilə tədbirlərin keçirilməsi davam edir. YAP Gəncə şəhər Təşkilatının
dəstəyi və təşkilatçılığı ilə Gəncə şəhərində fəaliyyət göstərən universitetlərdə
gənclərlə görüşlər keçrilib.
AMEA-nın müxbir üzvü, ADAU-nun rektoru, professor İbrahim Cəfərov,YAP
Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, GDU-nun
prorektoru, millət vəkili Pərvin Kərimzadə,dosentİsfəndiyarAlverdiyev, gənclərdən Nərmin
Verdiyeva, Yunus Abarəliyev və digərləri çıxış edərək,Ulu Öndər
Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik tarixi
yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan
dövlətinin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə
olunan misilsiz uğurlu nəticələrin bu gün partiyanın Sədri, Prezident İlham Əliyevin
apardığı daxili və xarici siyasət nəticəsində yeni-yeni uğurlara yol açmasından
danışıblar.
Ulu
Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətinin müasir gənclik üçün dəyərli
töhfə olduğu xüsusi ilə vurğulanıb.
Görüşlər partiya sıralarına qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri
təqdim olunması ilə davam edib.
Partiya sıralarına ilk addımlarını atan gənclər Yeni Azərbaycan
Partiyasının yüksək amalları uğrunda daim mübarizliklərini artıracaqlarına söz
veriblər.