• cümə axşamı, 28 mart, 13:04
  • Baku Bakı 16°C

YAP-ın 25 illik yubileyi Gəncədə silsilə tədbirlərlə qeyd edilir - Fotolar

06.10.17 21:24 2711
YAP-ın 25 illik yubileyi Gəncədə silsilə tədbirlərlə qeyd edilir - Fotolar
Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi davam edir. YAP Gəncə şəhər Təşkilatının dəstəyi və təşkilatçılığı ilə Gəncə şəhərində fəaliyyət göstərən universitetlərdə gənclərlə görüşlər keçrilib.
AMEA-nın müxbir üzvü, ADAU-nun rektoru, professor İbrahim Cəfərov,YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, GDU-nun prorektoru, millət vəkili Pərvin Kərimzadə,dosentİsfəndiyarAlverdiyev, gənclərdən Nərmin Verdiyeva, Yunus Abarəliyev və digərləri çıxış edərək,Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik tarixi yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunan misilsiz uğurlu nəticələrin bu gün partiyanın Sədri, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində yeni-yeni uğurlara yol açmasından danışıblar.
Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətinin müasir gənclik üçün dəyərli töhfə olduğu xüsusi ilə vurğulanıb.
Görüşlər partiya sıralarına qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunması ilə davam edib.
Partiya sıralarına ilk addımlarını atan gənclər Yeni Azərbaycan Partiyasının yüksək amalları uğrunda daim mübarizliklərini artıracaqlarına söz veriblər.









banner

Oxşar Xəbərlər