• çərşənbə axşamı, 23 aprel, 12:17
  • Baku Bakı 24°C

YAP Gəncə Şəhər Təşkilatının sədri fəal tələbələrlə görüşüb - Fotolar

04.03.17 18:39 2270
YAP Gəncə Şəhər Təşkilatının sədri fəal tələbələrlə görüşüb - Fotolar
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatında Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüş keçirilib.

Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək, ölkəmizdə gənclərə olan diqqət və qayğının bəhrələrindən, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışıb. Qeyd edib ki, görkəmli siyasi xadim Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı xüsusi yer tutur. Onun 1997-ci ildə imzaladığı sərəncamla 2 Fevral-Gənclər Gününün təsis edilməsi bunun parlaq nümunəsidir. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin gənclərə hərtərəfli qayğısı sayəsində onların yüksək təhsili, ictimai-siyasi fəallığı, dövlət quruculuğu işində yaxından iştirakı üçün hərtərəfli şərait yaradılıb.

N.Həmzəyev gənclərin ictimai-siyasi proseslərə daha fəal qoşulması üçün irəli sürülən təşəbbüslərdən danışıb. Bildirib ki, müasir dövrdə sosial medianın önəmi günü-gündən artmaqdadır. Ona görə də gənclər bu gün həm ictimai-siyasi həyatda, həm də sosial şəbəkələrdə xüsusilə, Xocalı soyqırımının bütün dünyada tanıdılmasında, Dağlıq Qarabağ həqiqətlərinin işıqlandırılmasında daha fəal olmalı, ətrafdakıları da belə mühüm proseslərə cəlb etməlidirlər.

Millət vəkili ölkəmizdə, o cümlədən Gəncədə gedən sürətli inkişafdan danışıb, şəhərin gündən-günə inkişaf etdiyini qeyd edib.

Deputat N.Həmzəyev gənclərin sosial problemləri, onları düşündürən məsələlər, eyni zamanda elm-təhsil, intekelltual inkişafla bağlı fikir və təkliflərin dinləyib. İrəli sürülən təklif və təşəbbüslərlə bağlı geniş müzakirələr aparılıb.









banner

Oxşar Xəbərlər