• cümə, 26 Aprel, 01:45
  • Baku Bakı 16°C

YAP Binəqədi Rayon Təşkilatı seçicilərlə görüş keçirib

05.12.14 10:52 3715
YAP Binəqədi Rayon Təşkilatı seçicilərlə görüş keçirib
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatı namizədlərinin 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə seçicilərlə görüşü keçirilib. Təşkilatdan “Kaspi”yə bildirilib ki, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, YAP Binəqədi Rayon Təşkilatının sədr müavinləri Füzuli İsmayılzadə və İlqar Mahmudov, rayon sakinləri və bələdiyyə seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülmüş namizədlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov 23 dekabr 2014-cü il tarixdə keçiriləcək və sayca dördüncü olacaq bələdiyyə seçkiləri haqqında danışıb, bələdiyyələrin tarixi, funksiyaları barədə geniş məlumat verib. O, Azərbaycanda bələdiyyələrin tarixinin qısa olmasını, buna baxmayaraq bu institutun formalaşma dövrünü artıq keçdiyini qeyd edib. Sədr bildirib ki, Binəqədi rayonunda 5 bələdiyyə fəaliyyət göstərir və builki bələdiyyə seçkilərində 73 deyil, 79 üzv yerinə seçkilər keçiriləcək. Binəqədi rayon bələdiyyəsi üzrə 17 üzv yerinə MSK-dan ümumilikdə 63 namizədin qeydə alındığını diqqətə çatdıran rayon partiya təşkilatının sədri vurğulayıb ki, bələdiyyə üzvlüyünə olan yerlərin hamısına Yeni Azərbaycan Partiyası tərəfindən namizədlər irəli sürülüb. R.Göyüşov bildirib ki, partiyanın namizədləri arasında qadınlar və gənclər üstünlük təşkil edir.
Ramiz Göyüşov bələdiyyə üzvlüyünə YAP namizədlərinin gənc, perspektivli, vətənə, dövlətə sədaqətli gənclərdən təşkil olunduğunu, onların hamısının ali təhsilə malik olduqlarını qeyd edib. O, seçkilərin demokratik, şəffaf, ədalətli şəkildə keçəcəyinə əmin olduğunu, Azərbaycanın son 10 ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçdiyini, bələdiyyə seçkilərində vətəndaşların dövlətin apardığı siyasətə səs verəcəklərinə inandığını ifadə edib.
Rayon partiya təşkilatının sədri son illər ölkədə gedən inkişafa diqqət çəkərək bildirib ki, Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi Azərbaycanın üzərinə düşür. Ötən 10 il ərzində Azərbaycan daha da güclənərək təkcə, Cənubi Qafqazda deyil, regionda, Avropada mühüm söz sahibinə çevrilib. Bu illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq üzv seçilib. Bu, Azərbaycan dövlətinə, Azərbaycanın iqtisadi qüdrətinə, Azərbaycan xalqına verilən səslərdir. Əlbəttə ki, bu, dünya ölkələri arasında Azərbaycanın nüfuzunun daha bir göstəricisi, Azərbaycanda həyata keçirilən daxili və xarici siyasətə verilən qiymətdir.
Ölkədə gedən iqtisadi inkişafın fonunda Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işlərinə diqqət çəkən R.Göyüşov qeyd edib ki, Binəqədi rayonu son illər sürətlə inkişaf edir. O, son 10 ildə rayonda onlarla məktəb, uşaq bağçası, səhiyyə müəssisəsinin tikildiyini, əsaslı şəkildə təmir olunduğunu, əhalinin sosial problemlərinin həll edildiyini, son illər isə rayonun görkəminin tamamilə dəyişdiyini, sakinlərin asudə vaxtının səmərəli təşkili üçün rayon rəhbərliyi tərəfindən kompleks işlərin görüldüyünü diqqətə çatdırıb: “Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişaf əhalinin sosial-rifah halının yaxşılaşdırılması birbaşa yönəldilib. Təbii ki, bu prosesdə bələdiyyələrin də üzərinə müəyyən vəzifələr düşür. Bələdiyyələr yerlərdə demokratiyanın göstəricisidir. Bu baxımdan Yeni Azərbaycan Partiyası namizədlərini seçərkən ziyalı və nüfuzlu şəxslərə, potensiallı gənclərə, perkspektivli və işğüzar xanımlara xüsusilə üstünlük veribdir”.
Sədr bu seçkinin YAP üçün növbəti bir qələbə olacağına, YAP-ın əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də zəfər çalacağına əmin olduğunu və Binəqədi rayonunun respublika üzrə yüksək yerlərdən birini tutacağına inandığını qeyd edib.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində namizədləri olan Mehman İsmayılov, Sitarə Cabbarlı, Kubra Əliyarlı, Salman Umudov, Şaiq Vəliyev, Zaur Quliyev özləri haqqında məlumat verərək YAP-ın namizədi kimi bələdiyyə seçkilərində iştirakdan qürur duyduqlarını, seçkilərin ədalətli, demokratik şəkildə rəqabət mühitində keçəcəyinə inandıqlarını bildiriblər. Namizədlər rayonda son illər sürətli inkişafın olduğunu, bələdiyyələrin bu seçkidən sonra yeni bir formada effektiv idarəçilik həyata keçirəcəyinə inandıqlarını, bələdiyyə institutunun vacib bir təsisat olduğunu və namizədlərə etimad göstəriləcəyinə inandıqlarını ifadə ediblər.
Seçicilərlə görüşdə çıxış edən sədr müavini Füzuli İsmayılzadə YAP Binəqədi Rayon Təşkilatının 1993-cü ilin martında yaradılmasından, partiyanın tarixindən danışıb, ötən müddət ərzində partiyanın bir sıra uğurlara imza atdığını qeyd edib. Yeni Azərbaycan Partiyasının Azərbaycanda keçirilən bütün seçkilərdə qalib gəldiyini vurğulayan Füzuli İsmayılzadə 2014-cü il seçkilərində də partiya namizədlərinə müvəffəqiyyətlər diləyib. O, seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb.
Sonra görüş seçicilərin namizədlərə müxtəlif suallar verməsi şəraitində davam edib.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər