• cümə axşamı, 28 mart, 15:26
  • Baku Bakı 16°C

YAP 10 nəfər tələbəyə təqaüd verəcək

14.09.20 13:00 345
YAP 10 nəfər tələbəyə təqaüd verəcək
Pandemiya dövründə dərs ilinin başlanmasını Yeni Azərbaycan Partiyası yeni layihəsi ilə qarşılayır. Ən yüksək təhsil nəticələri göstərən 10 nəfər universitet tələbəsinin hər birinə ayda 50 AZN məbləğində partiya təqaüdü verilməsi qərarı alınıb.
YAP-dan verilən məlumata görə, partiya təqaüdünə namizədlərin Təhsil Nazirliyi tərəfindən təqdim edilməsi nəzərdə tutulur. Hesab edirik ki, Yeni Azərbaycan Partiyasının bu addımı pandemiya dövründə və ondan sonra Azərbaycanda təhsilin populyarlaşdırılmasına, gənclərimizin biliklərə yiyələnməyə həvəslərinin daha da güclənməsinə töhvə verə biləcəkdir.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası tərəfindən yeni layihəyə start verilməsi ilə əlaqədar YAP Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev səsləndirib.
Hüseyn Paşayev daha sonra qeyd edib ki, 2004-cü ildən etibarən Yeni Azərbaycan Partiyası tərəfindən məktəblilərin "Heydər Əliyev” inşa yazısı müsabiqələrinin qalibləri olmuş universitet tələbələrinə də təqaüdlər verilir. Hazırda 70 nəfər tələbə bu cür təqaüdləri alır. Ümumiyyətlə 2004-cü ildən bu yana 150-dən artıq tələbəyə Yeni Azərbaycan Partiyasının təqaüdləri verilib.
banner

Oxşar Xəbərlər