• çərşənbə axşamı, 19 mart, 13:56
  • Baku Bakı 8°C

Yanvarın 25-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

23.01.21 09:15 460
Yanvarın 25-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Kaspi.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.
banner

Oxşar Xəbərlər