• cümə, 19 Aprel, 07:02
  • Baku Bakı 13°C

Yanvarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 712,1 manat olub

25.03.20 11:45 1210
Yanvarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 712,1 manat olub
Yanvarda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 712,1 manat təşkil edib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, əməkhaqqı neft-qaz sektorunda 3407,6 manat, qeyri neft-qaz sektorunda 653,5 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 608,5, özəl müəssisələrdə isə 845,4 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

banner

Oxşar Xəbərlər