• cümə, 19 Aprel, 01:00
  • Baku Bakı 18°C

Yanvarda ölkə üzrə 2,164 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

19.02.17 12:50 912
Yanvarda ölkə üzrə 2,164 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib
Yanvar ayında "Azərenerji” ASC tərəfindən ölkə enerjisi sistemində 2,2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
"Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,164 milyard kilovat-saat olub.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Qeyd edək ki, ötən ilin yanvar ayında ölkə üzrə 2,05 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.
banner

Oxşar Xəbərlər