AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yanvarda Azərbaycanın gündəlik neft hasilatı 769 min barrel olub

Yanvarda Azərbaycanın gündəlik neft hasilatı 769 min barrel olub

İqtisadiyyat
11 Fevral 2020, 15:16 2822
Yanvar ayı üzrə respublikada sutkalıq neft hasilatı 769 min barrel olub. Bunun 678 min barrelini xam neft, 91 min barrelini kondensat təşkil edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gündəlik 540 min barrel xam neft, 87 min barrel kondensat, 22,3 min barrel neft məhsulları ixrac olunub.
Nazirlik yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə "OPEC+” üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barrel artırılaraq 27 min barrel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.