• cümə, 19 Aprel, 03:06
  • Baku Bakı 18°C

Yanvar-oktyabr aylarında sərnişin daşınmasında 1,9 faiz artım olub

25.11.16 10:33 1132
Yanvar-oktyabr aylarında sərnişin daşınmasında 1,9 faiz artım olub
Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-oktyabr aylarında 182,6 milyon ton yük və 1577,7 milyon sərnişin daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8 faiz azalıb, sərnişin daşınması isə 1,9 faiz artıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.
Yüklərin 63,6 faizi avtomobil, 26,9 faizi boru kəməri, 6,9 faizi dəmir yolu, 2,5 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 88,5 faizi avtomobil, 11,2 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1302,9 milyon manatlıq xidmətlərin 72,6 faizi əhali sektoruna aid olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 3,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
banner

Oxşar Xəbərlər