• cümə axşamı, 25 aprel, 14:46
  • Baku Bakı 23°C

Yanvar-oktyabr aylarında əhalinin gəlirləri 8,7 faiz artıb

16.11.16 11:01 1026
Yanvar-oktyabr aylarında əhalinin gəlirləri 8,7 faiz artıb
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 36635,8 milyon manata çatıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3804,5 manat təşkil edərək ötən ilə nisbətən 7,5 faiz artıb. Bu dövr ərzində gəlirlərin 78,9 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,4 faizi isə yığıma yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlər 33308,0 milyon manat olub.
banner

Oxşar Xəbərlər