• cümə axşamı, 25 aprel, 00:38
  • Baku Bakı 19°C

Yanvar-may aylarında 25 milyard 338,7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib

22.06.17 11:10 1162
Yanvar-may aylarında 25 milyard 338,7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib
Yanvar-may aylarında ölkədə 25 milyard 338,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, əhalinin hər nəfərinə düşən ÜDM 2610,3 manata bərabər olub. Qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artıb, neft-qaz bölməsində isə 6,5 faiz azalıb. Bu dövrdə ümumi daxili məhsulun 44,1 faizi sənayedə, 10,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,3 faizi tikintidə, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 14,5 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil edib.
banner

Oxşar Xəbərlər