AZE | RUS | ENG |


Yanvar-aprel aylarında ümumi daxili məhsul istehsalı 20139,8 milyon manat təşkil edib

Yanvar-aprel aylarında ümumi daxili məhsul istehsalı 20139,8 milyon manat təşkil edib
2017-ci ilin yanvar-aprel aylarında ölkədə ümumi daxili məhsul istehsalı 20139,8 milyon manat təşkil edib, əhalinin hər nəfərinə düşən ÜDM 2075,5 manata bərabər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artıb, neft-qaz bölməsində isə 6,7 faiz azalıb. Bu dövrdə ümumi daxili məhsulun 8975,7 milyon manatı sənayedə, 2215,0 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 1660,4 milyon manatı tikintidə, 1461,2 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 602,6 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 583,2 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 350,9 milyon manatı informasiya və rabitə sahələrində, 2815,5 milyon manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə 1475,3 milyon manat təşkil edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7057
GBP 1 İngilis funt sterlinqi 2.2098
TRY 1 Türk lirəsi 0.4785
KWD 1 Küveyt dinarı 5.6018
SEK 1 İsveç kronu 0.1966
EUR 1 Avro 1.9133
CHF 1 İsveçrə frankı 1.7509
USD 1 ABŞ dolları 1.7021