• cümə, 29 Mart, 08:50
  • Baku Bakı 5°C

Yanukoviç əyalətlərdəki tərəfdarlarını Kiyevə toplayır

13.12.13 12:58 1175
Yanukoviç əyalətlərdəki tərəfdarlarını Kiyevə toplayır
APA-nın “OstroV” saytına istinadən verdiyi məlumata görə, Donetsk şəhər Sovetinin katibi Sergey Boqaçev prezident Viktor Yanukoviçin kursuna dəstək vermək məqsədilə bu gün Kiyevə xüsusi qatar göndərəcəklərini deyib: “Bunlar tələbələr, mədən fəhlələri, müxtəlif müəssisələrin işçiləri və təqaüdçülərdir. Onların arasında mənim kiçik oğlum da var”.
Hakimiyyətdəki Regionlar Partiyasının Donetsk vilayət təşkilatının sədr müavini İqor Çiçasov Kiyevə gedən insanları ərzaqla təmin edəcəklərini söyləyib. O, 19 vaqondan ibarət qatarın xərcini də vilayət təşkilatının ödədiyini açıqlayıb: “Bizim məlumatlarımıza əsasən Kiyevə 20 minə yaxın adam getməyə hazırlaşır”.
Dnepropetrovsk vilayətindən isə büdcə təşkilatlarının 1000-ə yaxın işçisi paytaxta yola salınıb.
Bazar günü paytaxtda həm müxalifətin, həm də hakimiyyətin iri miqyaslı kütləvi aksiyası keçiriləcək.
banner

Oxşar Xəbərlər