Yandırılan məsciddə yazı: “Zenit”in rənglərində qara yoxdur”
Liviyanın
paytaxtı Tripolinin yaxınlığında məscid yandırılıb.
Kaspi.az xəbər
verir ki, yanmış məscidin divarlarına İslam dini əleyhinə şüarlar da yazılıb.
İslam əleyhinə şüarda bu sözlər olub: "Mən rus torpağında məscid görürəm. Amma
onu cəhənnəmdə görmək daha yaxşı olardı”.
Bir şüar isə
rasist xarakterlidir: "Zenit”in rənglərində qara yoxdur”.
İlkin
ehtimallara görə, məscid Rusiya hakimiyyətinə bağlı olan "Vaqner” muzdluları tərəfindən
yandırılıb və şüarları da onlar yazıblar.