• şənbə, 20 Aprel, 11:31
  • Baku Bakı 14°C

“Yalnız onunla söyüşürəm”

07.07.20 13:23 766
“Yalnız onunla söyüşürəm”
"Yuventus”un baş məşqçisi Mauritsio Sarri Qonsalo İquain barədə danışıb.

Kaspi.az xəbər verir ki, Sarri İquainin oyununu birmənalı şərh etməyib. O, futbolçu ilə daim mübahisəyə girişdiyini etiraf edib:

"Mətbuatda məlumat yayılır ki, guya mən futbolçularla münaqişə yaşayıram. Ancaq əslində təkcə İquainlə söyüşürəm.

Bilmirəm niyə belə olur, amma biz mütəmadi olaraq mübahisə edirik. Ola bilsin ki, ona aqressiv yanaşma lazımdır ki, potensialını göstərə bilsin.

Psixoloji cəhətdən onda hər şey qaydasındadır, amma fiziki durumundan arxayın deyiləm. Bir gün İquani tərifləmək lazımdırsa, sabah divara çırpmaq vacibdir.

O, narahatlıq keçirəndə, köməyə ehtiyacı olanlardandır. Ancaq yaxşı olanda onu yerə endirmək də vacibdir, əks-təqdirdə təkəbbürlü olacaq”.
İquain cari mövsümdə A seriyasında 26 oyun keçirib, 6 qol vurub, 4 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər