• çərşənbə axşamı, 23 aprel, 23:50
  • Baku Bakı 20°C

Yağışlar sürüşmə zonalarında vəziyyəti kəskinləşdirib

17.10.16 11:19 816
Yağışlar sürüşmə zonalarında vəziyyəti kəskinləşdirib

Son zamanlar yağan yağışlar cənub-şərq,xüsusilə şərq rayonlarındakısürüşmə zonalarındavəziyyəti xeyli kəskinləşdirib. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrfaiya İnstitutunundirektor müavini Elbrus ƏlizadəAPA-ya deyib ki, sürüşmə zonalarında gözəçarpan fəallıq müşahidə olunur və sürüşmə fəal inkişafdadır.
Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Bakı, Lənkəranda daha güclü yağışlar yağdığını deyən direktor müavini "Bu da o deməkdir ki, vəziyyət pisdir, belə davam edərsə, nəticədaha da pis olacaq və vəziyyət xeyli çətinləşəcək. Son günlər Zığ, Qaraçuxur, Masazır, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Xızı, Şabran, Siyəzən, Lənkəran, Lerik, Qusar,Yardımlıdasürüşmə sahələrində fəallaşma var idi. Yağışlar intensiv damam edir. Bəlkə də bu gün orada yolların bir hissəsi bağlanacaq. Bu yağışlardan sonra vəziyyət daha da pis olacaq”, - deyə bildirib.

banner

Oxşar Xəbərlər