• cümə axşamı, 28 mart, 21:18
  • Baku Bakı 13°C

Yağış yağacaq, dolu düşəcək, güclü külək əsəcək

21.04.17 15:00 836
Yağış yağacaq, dolu düşəcək, güclü külək əsəcək
Aprelin 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 7-9° isti, gündüz 14-18° isti olacağı gözlənilir.
Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Tibbi-meteorolji proqnoza əsasən, aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 22-də güclü xəzri küləyinin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında aprelin 22-dəhavaəsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Aprelin 22-dən 25-dək ölkə ərazisindəhavaşəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağllıq ərazilərdə qar yağacağı ehtimalı var.
banner

Oxşar Xəbərlər