• cümə axşamı, 25 aprel, 00:59
  • Baku Bakı 19°C

Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

21.11.17 13:35 1249
Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib.
APA-nın məlumatına görə, Kimya və Yer elmləri bölməsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə akademiyanınprezidenti Akif Əlizadə, Rəyasət Heyətinin üzvləri, yerli və xarici qonaqlar iştirak edib.
Akademik Akif Əlizadə Xudu Məmmədovun Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıb, alimi unikal şəxsiyyət, böyük vətənpərvər kimi dəyərləndirib:"Xudu Məmmədov kristalloqrafiya sahəsində öz sözünü demiş alimlərdən biri olmasıyla yanaşı, sovet rejiminin hökm sürdüyü dövrdə ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan azsaylı ziyalılarımızdan idi. Onun təkcə alim kimi yox, müəllim kimi də çox böyük fəaliyyəti olub, özündən sonra görkəmli alimlər ordusu yetişdirib”.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Xudu Məmmədovun elmi-ictimai fəaliyyətindən danışıb, alimlə bağlı xatirələrini bölüşüb.
Tədbirdə Amerika Birləşmiş Ştatlarının Virciniya Universitetinin professoru Faiq Musayevin "Xudu Məmmədov və zülalların quruluşu və problemləri”, Türkiyənin Kars Universitetinin professoru Hacalı Nəcəfovun isə "Xudu Məmədov yaradıcılığında elm və sənətin vəhdəti” mövzularında məruzələri dinlənilib.
banner

Oxşar Xəbərlər