• cümə, 29 Mart, 15:15
  • Baku Bakı 14°C

Xroniki lor xəstəlikləri zamanı selikli qişalar hava dəyişkənliyinə daha həssas reaksiya verir

21.05.20 10:45 542
Xroniki lor xəstəlikləri zamanı selikli qişalar hava dəyişkənliyinə daha həssas reaksiya verir
Yaz mövsümünün gəlişi və havaların isinməsi bir sıra lor xəstəliklərinin fəallaşmasına səbəb olub.
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-otolarinqoloqu Gülyaz Kazımova bu barədəAZƏRTAC-a deyib: "Hazırda mövsümü xarakterli xəstəliklərlə əlaqədar müraciətlər daha çoxdur. Xroniki boğaz ağrıları və xroniki tonzilit olduqda soyuq qidaların təsiri daha çox narahatlıq doğurur, müxtəlif lor xəstəlikləri baş qaldırır. Xüsusən uşaqlarda xroniki tonzilitin kəskinləşməsi anginaya səbəb olur. Mövsümi meyvələrin tərkibində allergenlər olduğuna görə allergik mənşəli xəstəliklərə də rast gəlinir. Mədə-bağırsaq sistemində problem olanlar xroniki faringitlə əlaqədar şikayət edirlər. Xroniki qulaq, burun, boğaz, eləcə də yuxarı tənəffüs yollarında olan xəstəliklər, kəskin burun çəpəri əyriliyi zamanı hava dəyişkənliyi baş verəndə selikli qişalar həmin dəyişikliklərə daha həssas reaksiya verir”.
Həkim-otolarinqoloq isti mövsüm zamanı qəbul edilən qida və mayelər barəsində bunları tövsiyə edib: "İsti fəsillərdə soyuducuya qoyulan məhsullar çıxarılandan təxminən yarım saat sonra qəbul edilməli və məhsulun hərarəti otaq temperaturuna yaxın olmalıdır. 18 dərəcədən aşağı temperaturda mayenin, xüsusilə qazlı halda olan içkilərin qəbuluna yol verilməməlidir”.
banner

Oxşar Xəbərlər